<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>7</hymn_number>
<lyrics>[V1]
 Alqış Sənə, ey Yaradanımız,
 Alqış Sənə, ey Xilaskarımız,
 Alqış Sənə böyük sevgin üçün,
 Alqış axıtdığın o Qan üçün.

[C1]
   Görməsək də Səni çox sevirik,
   Sənə sevinclə nəğmə deyirik.
   Səni Göylərdən gözləyirik,
   Sənin yolundan heç vaxt dönmərik.

[V2]
 Sənin sevginlə doludur ürək,
 Sənə sarı uçmaq istər quş tək.
 Alqış Sənə, sevimli Atamız,
 Sənə izzət versin hər dil, ağız.

[V3]
 Necə sevimli, necə əzizsən,
 Necə əzəmətli və gözəlsən.
 Sənə qovuşmağı arzularıq,
 Sənlə əbədi rahat olarıq.</lyrics>
<title>Alqış Sənə, ey Yaradanımız İL7</title>
</song>